
2021-07-22 14:48:00
BANM-in məzunu 8 xarici universitetə tam təqaüdlü təhsil şansı qazanıb
Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının daha bir məzunu Ayişə Məhərrəmova müraciət etdiyi xarici ali məktəblərdən 8-nin magistratura pilləsinə qəbul olub.
AzEdu.az xəbər verir ki Həmin ali məktəblər Almaniya, Macarıstan, Çexiya, Finlandiya, Fransa, Belçika və İtaliyanın məşhur universitetləridir. Ayişə Məhərrəmova həmçinin Eramus Mundus proqramlarından 3 – nə magistratura pilləsində təhsil almaq haqqı qazanıb. BANM məzunu Ayişə Məhərrəmova həmin universitetlərin bir çoxunda ödənişsiz və ya tam təqaüdlə təhsil ala bilər.
Ayişə Məhərrəmova Alman Akademik Mübadilə Xidməti - DAAD “Master for all disciplines” üzrə tam təqaüdlü təhsilini Hamburg şəhərində “Hamburg University of Technology” (TUHH) universitetində davam etdirmək qərarı verib.
Qeyd edək ki, Ayişə Məhərrəmova bu il Azərbaycan üzrə 437 müraciətçi arasından DAAD təqaüdünə layiq görülmüş 23 nəfərdən biridir.
Ayişə Məhərrəmova 2016-c ildə DIM tərəfindən keçirilmiş qəbul imtahanından 661 bal toplayaraq BANM-in Kimya mühəndisliyi ixtisasına dövlət sifarişi üzrə qəbul olub və Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 94.75 ilə fərqlənmə diplomu ilə məzun olub.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39