
2018-07-20 17:46:26
700 bal toplayan abituriyent: “Bakı Ali Neft Məktəbində oxumaq istəyirəm”
“Bakı Ali Neft Məktəbinə qəbul olunmaq istəyirəm”.
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı 700 bal toplayan Rüstəm Qarayev deyib. O, açıqlaması zamanı bu nəticəni gözlədiyini qeyd edib:
“İnanırdım ki, bu balı toplayacağam. Birinci imtahanda 650 bal toplamışdım. Ceyranbatan qəsəbəsi, 1 nömrəli məktəbin məzunuyam. Bakı Ali Neft Məktəbinə qəbul olunmaq istəyirəm, amma ixtisası dəqiqləşdirməmişəm.
Çox sevinirəm, başqa necə hiss edə bilərəm? İmtahandan çıxandan sonra 692 bal hesablayanda çox pis olmuşdum. DİM riyaziyyatdan 25-ci sualı abituriyentlərin xeyirinə hesabladıqdan sonra məlum oldu ki, 700 bal toplamışam”.
Qeyd edək ki, Rüstəm Qarayev Babək oğlu 18 iyulda keçirilən qəbul imtahanında I ixtisas qrupu üzrə 700 bal toplayıb.
Bu bölməyə aid digər xəbərlər
Bu bölgədə də abituriyentlərin çoxu BDU-nu seçir – Təhsil göstəriciləri
2019-11-21 09:12:00
Bu rayonun məzunlarının əksəriyyəti LDU-ya qəbul olunublar - Acınacaqlı qəbul göstəriciləri
2019-11-09 13:14:00
Oğuzda 200-dən çox şagird ali məktəbə qəbul olunub
2019-08-20 14:34:00
DİM 3432 şagirdi imtahana çəkəcək
2019-02-15 09:54:00
Şəhərdə qeydiyyatda olub, bölgədə oxuyanlar "qəbul"u harada verəcəklər? - RƏSMİ
2018-12-23 13:55:00
Məktəb direktoru olmaq istəyənlərin nəzərinə - İmtahan başladı
2018-11-22 10:09:37
“I və IV qrup abituriyentləri Tarix fənnini niyə öyrənməlidir ki?! – Kərəm Məmmədova irad
2018-11-21 12:55:00
“700 ballıq nəticəni xoşbəxtlik saymaq çox acınacaqlı durumdur” – Ekspertdən sərt yanaşma
2018-07-22 16:51:00
Bu liseyin 19-cu məzunu 700 bal topladı
2018-07-21 10:25:00
“Bu uğur onlarsız mümkün deyildi” - 700 bal toplayan abituriyent
2018-07-21 09:57:00