
2021-07-23 12:50:00
932 Tələbə köçürülmə üçün müraciət edib
İyulun 12-dən bugünədək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ümumilikdə 932 müraciət qeydə alınıb.
AzEdu.az xəbər verir ki, 932 nəfərdən 6-sı magistratura səviyyəsindən, 63-ü xaricdə yerləşən ali təhsil müəssisəsindən, 100-ü orta ixtisas təhsili müəssisəsindən, 763 nəfəri isə ölkə daxilində yerləşən ali təhsil müəssisəsindən köçürülmək və ya ixtisasının dəyişdirilməsini istəyən tələbələrdir.
Qeyd edək ki, tələbələrin ölkə daxilində və ya xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, ixtisasının və ya təhsilalma formasının dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin (təhsil forması üzrə), magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu prosesi iyulun 26-dək davam edəcək.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Bu bölməyə aid digər xəbərlər
Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH
2024-05-02 15:20:36
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı MÜJDƏ
2024-04-16 12:28:00
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
2024-04-09 15:52:07
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
2024-04-08 14:54:22
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
2024-04-05 17:55:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
2024-04-03 16:09:48
Qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb
2024-04-03 15:43:11
Ekspert Bankına qeydiyyat başlayır
2024-03-15 17:46:20
RFO-da finala keçən şagirdlərin statistikası
2024-03-12 17:09:07
Bu kollecin direktor müavini işdən çıxarılıb
2024-03-12 12:32:41