
Xaricdə təqaüdlə təhsil almaq demək olar ki, bir çox gəncin xəyalıdır.
Hər il çox sayda azərbaycanlı gənc təhsil almaq üçün dünyanın müxtəlif universitetlərinə üz tutur. Ölkə gənclərinin təhsillərini davam etdirmək üçün üstünlük verdiyi dünya ölkələrinin arasında qardaş Türkiyə ilk sıralardadır.
Bəs Türkiyədə təhsil almaq necə mümkündür? Bunun üçün nə etmək lazımdır?
AzEdu.az Türkiyədə təhsil alan tələbəmizin mövzu ilə bağlı ətraflı məlumat və izahını təqdim edir.
Türkiyə təhsil almaq üçün iki əsas yol mövcuddur:
- Öz hesabına
- Türkiyə bursları hesabına
Öz hesabına xaricdə təhsil normal olaraq əksəriyyət üçün maddi baxımdan əlverişsizdir. Bu səbəblə tələbələr təqaüdlə təhsil almaq üçün əsasən, Türkiyə burslarına üstünlük verir.
Türkiyə burslarının qeydiyyatı yanvar, fevral, mart aylarında başlayır. Qeydiyyat prosesi 2 mərhələdən ibarətdir; birinci mərhələdə siz sənədlərinizi yükləyirsiniz, ikinci mərhələ isə müsahibə mərhələsidir.
Daha ətraflı məlumat əldə etmək üçün videonu izləyin:
Fidan Ali