
Baş nazirin qərarına əsasən, müəyyən edilmiş qaydalarda müəyyən edilmiş kateqoriyaya uyğun olan tələbələr birinci semestrdən etibarən sosial kreditlərdeən faydalana biləcəklər.
Ancaq sosial TTK(Tələbə təhsil krediti) almaq hüququ olmayan tələbələr təhsillərinin birinci tədris ilinin ilk semestrindən etibarən standart kredit almaq hüququna malikdirlər.
AzEdu.az xəbər verir ki, bu tələbələr aşağıdakılardır:
1. Birinci tədris ilinin ilk semestri üçün tələbə qəbulu imtahanında toplanan ümumi balın Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər üçün isə ÜOMG-si 71 bal və yuxarı olanlar (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı olanlar);
2. İllik təhsil haqqı xərcinin ən azı 20 faizini ödəyənlər.
Qeyd edək ki, standart TTK almaq hüququ, müraciət tarixinə göstərilən şərtlər eyni vaxtda yarandıqda təmin olunur.