
2021-07-29 10:00:00
UNEC THİK fəalları “Yubiley döş nişanı” ilə təltif olunublar-FOTO
İyulun 26-da Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Vətən Müharibəsi iştirakçıları və fəal THİK üzvlərinin mükafatlandırılması mərasimi keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə UNEC THİK sədri Rüfət Süleymanlı, Vətən Müharibəsi iştirakçısı olmuş UNEC məzunları və idarə heyətinin üzvləri iştirak edib.
Təltifetmə mərasimində UNEC THİK-in sədr müavini İlkan Əliyev, cari ilin məzunlarından olan fakültə THİK sədrləri Kərim Kərimov, Mətləb Məmmədov və
Vətən müharibəsi iştirakçısı olmuş UNEC məzunlarından İmran Məmmədov, Kamran İbrahimli və Mirhəsən Dadaşov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) yaradılmasının 100 illiyi ilə əlaqədar həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə “Yubiley döş nişanı” ilə təltif olunublar.
“Yubiley döş nişanı” UNEC THİK sədri Rüfət Süleymanlı tərəfindən təqdim edilib. R.Süleymanlı təltif olunanlara həmkarlar ittifaqı hərəkatına göstərdikləri dəstəyə və xidmətlərə görə təşəkkür edib.
Sonda universitetin və komitənin ictimai həyatında fəal iştirak edən tələbə və məzunlar, həmçinin Azərbaycanın qəhrəmanlıq səlnaməsini yazan Vətən müharibəsi iştirakçıları UNEC THİK-in Fəxri Fərmanı ilə təltif ediliblər.


Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39