
Tələbələrin ödənişsiz və keyfiyyətli təhsil almaq üçün üstünlük verdiyi ölkələrdən biri də Almaniyadır. Çünki burada olan ödənişsiz universitetlər digər ölkələrə nisbətən daha çoxdur.
Burada özəl universitetlər keyfiyyətli təhsil üçün təhsil haqqı tələb etsə də, tələbələrə ödənişsiz təhsil imkanı təqdim edən universitetlər də üstünlük təşkil edir.
Ancaq, ödənişsiz olsa da, tələbələr kitabxana və bənzər yerlərdə, tələbə xidmətlərindən yararlanmaq üçün sosial qatqı xərci adlandırılan müəyyən məbləğ (200-500 avro) ödəməlidirlər.
AzEdu.az Almaniyada təhsil almaq üçün seçim edərkən ödənişsiz təhsil imkanından faydalana biləcəyiniz universitetləri təqdim edir.
Tədris planının mükəmməl olması Almaniyada oxuyanlar üçün bir avantajdır. Alman universitetləri təkcə Elm, Texnologiya, Mühəndislik sahələrində deyil, həm də incəsənət və humanitar elmlərdə də özünü göstərmiş universitetlərdir.
Burada təhsil ala bilməyiniz üçün yüksək bal ortalaması , İELTS və ya TOEFL sınaqlarında yaxşı nəticə və Alman dili tələb olunursa, bu dil üçün yetərlilik sınağında lazım olan bala sahib olmalısınız.
Universitetlər ödənişsiz olsa da, yaşam xərclərinizi qarşılamırlar. Bunun üçün DAAD təqaüd proqramına müraciət edə bilərsiniz.
Ödənişsiz təhsildən yararlana biləcəyiniz həmin universitetlərdən bəzilərini təqdim edirik:
- Münhen Texniki Universiteti
- Ludwig Maximilians Universiteti
- Berlin Humboldt Universiteti
- Berlin Texniki Universiteti
- Tubingen Universiteti
- Albert Ludwiq Universiteti
- Hamburg Universiteti
- Stuttgart Universiteti
- Dresden Texnologiya Universiteti
- Bonn Universiteti
Fidan Ali