
Macarıstanda ilk universitet 1367-ci ildə yaradılıb və ölkədə ali təhsilin tarixi təxminən, 650 ildir. Macarıstan 2004-cü ildən Avropa Birliyinə daxil olduğundan, oradakı ali məktəblər artıq uzun illərdir ki, kredit sistemi və Boloniya prosesinə qoşulublar. Məhz buna görə dünyanın hər bir tərəfindən müxtəlif ölkələrin vətəndaşları Macarıstana təhsil almağa gəlirlər.
Macarıstana demək olar ki, dünyanın bütün ölkələrindən təhsil dalınca gələn gənclərə rast gəlmək mümkündür. Azərbaycanlılar isə Macarıstanda təhsilə 1990-cı illərin sonundan etibarən, maraqlanmağa başlayıblar.
Beləliklə, AzEdu.az Macarıstan təhsilinin üstünlüklərini təqdim edir:Digər ölkələrlə müqayisədə Macarıstanda ingilisdilli tədris və təqaüd proqramları çoxdur;
Macarıstan universitetləri dünya elminə ümumulikdə 14 Nobel mükafatlı alim qazandırıblar;
Ölkədə bununla yanaşı, gələcəkdə daha çox Nobel mükafatı və ixtiraçılar qazandıracaq fərqli təhsil sistemi mövcuddur;
Macarıstan universitetlərinin diplomları dünyanın istənilən yerində tanınır;
Təhsil aldığı zaman və məzun olduqdan sonra Avropada işləmək və yaşamaq imkanının olması;
Ali təhsil müəssisələrində Boloniya sisteminin tətbiqi nəticəsində Macarıstan universitetlərindən digər Avropa Birliyi ölkələrinin universitetlərinə transferi mümkün edir. Nəticədə, diplomlar bütün Avropa Birliyində qəbul edilir;
Macarıstanın əcnəbi tələbələri qəbul edən əksər universitetlərinin müxtəlif təqaüd proqramları və güzəştlərin olması;
Macarıstanın səfirliyinin təhsil vizasını digər Avropa ölkələri ilə müqayisədə daha asan verməsi;
Macarıstanda xarici tələbələrə verilən oturum izni əsasında digər Şengen zonası ölkələrinə səyahət etmə imkanı.
Günel Yaşarqızı