Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-31 16:11:00
“Səriştəli metodist” layihəsinə qoşulanlar yerli və beynəlxalq ekspertlərin təlimlərində iştirak edəcəklər  

Təhsil İnstitutunun “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda start verdiyi “Səriştəli metodist” layihəsinə müraciətlərin qəbulu bu gün yekunlaşır.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, layihə çərçivəsində iş qrafiki xidməti müqavilə əsasında xüsusi tərtib olunacaq. Layihəyə qoşulanlar yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək təlimlərdə iştirak, həmçinin özünüinkişaf və karyerada yüksəliş imkanı əldə edə biləcəklər.