
2021-08-10 13:00:00
Bu ixtisaslar üzrə qabiliyyət imtahanı verəcək şəxslər buraxılış vərəqələrini çap edə bilər-DİM elan etdi
Abituriyentlər aşağıdakı Qabiliyyət İmtahanı Komissiyaları üzrə buraxılış vərəqələrini çap edə bilərlər
AzEdu.az DİM-ə istinadən xəbər verir ki, digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.
Buraxılış vərəqəsini çap etmək üçün link: https://eservices.dim.gov.az/qabiliyyet
Ali təhsil müəssisələrinə qəbul üçün
İxtisaslar
Komissiya kodu
Aktyor sənəti
50
Rejisorluq
51
Operator sənəti
52
İslamşünaslıq
90
Təsviri incəsənət müəllimliyi
89
Musiqi müəllimliyi (GDU)
83
Musiqi müəllimliyi (LDU)
93
Musiqi müəllimliyi (NDU)
76
Fortepiano (NDU)
71
Orkestr alətləri (NDU)
72
Təsviri incəsənət müəllimliyi (NMİ)
70
Xalq çalğı alətləri (NDU)
74
Xanəndəlik (NDU)
95
Milli vokal (NDU)
96
Dirijorluq (NDU)
75
Bəstəkarlıq (NDU)
69
Musiqişünaslıq (NDU)
73
Orta ixtisas təhsili müəssisələrinə qəbul üçün
11 illik təhsil bazasında
Fiziki tərbiyə müəllimliyi (Bərdə)
66
İnstrumental ifaçılıq
43(r)
Xalq çalğı alətləri
44(r)
Xanəndəlik
45(r)
Klassik vokal
47(r)
Aşıq sənəti
59(r)
Bədii yaradıcılıq
57
9 illik təhsil bazasında
Fiziki tərbiyə müəllimliyi
652
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);
- şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.
Musiqi və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün “İmtahan proqramı” forması yerləşdirilir. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.
Bu bölməyə aid digər xəbərlər
SAT imtahanı keçiriləcək
2024-05-27 16:45:48
Dövlət Gömrük Komitəsinə qəbulun tarixi AÇIQLANDI
2024-02-19 20:54:42
DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov vətəndaş qəbulu keçirib
2024-01-16 14:25:00
Magistratura səviyyəsi üzrə sınaq imtahanı keçirilib
2024-01-14 14:31:00
DİM TOEFL iBT imtahanı keçirib
2023-12-23 12:42:00
Miqrasiya orqanlarına qəbul imtаhаnının nəticələri AÇIQLANIB
2023-12-11 16:39:32
Miqrasiya orqanlarına qəbul imtahanı keçirilib
2023-12-11 15:06:14
SAT imtahanı keçirilib
2023-12-03 17:00:00
DİM- də növbəti imtahan...
2023-12-03 14:54:29
"Magistr" jurnalının 6-cı nömrəsi çıxıb
2023-08-14 10:02:48