
Qəbul imtahanlarının nəticələrinə əsasən, Sumqayıt məzunu Əbil Şəfiyev 697,1 balla I qrup üzrə ən yüksək nəticə göstərib.
Əbil, AzEdu.az-a açıqlamasında təhsilini davam etdirmək üçün ixtisası hələ dəqiqləşdirmədiyini, ancaq universitet seçiminin BANM olacağını bildirib.
AzEdu.az xəbər verir ki, bununla əlaqədar olaraq BANM rektoru Elmar Qasımov öz feysbukunda paylaşım edib.
Rektor qrup lideri olan abituriyenti təbrik edərək, ən yüksək bal toplayan abituriyentlərin BANM-ı seçməsinin qürur doğurduğunu bildirib:
“I qrup üzrə ən yüksək nəticə əldə edən Əbil Şəfiyev 697,1 bal toplamaqla həm valideynlərini, həm də müəllimlərini sevindirdi.
Qrupun lideri olan Əbil Şəfiyevin Bakı Ali Neft Məktəbində təhsil almaq arzusu eyni zamanda bizi də sevindirdi.
Ali məktəbimiz yaranan gündən ən yüksək bal toplayan gənclər, məhz bizim Ali Məktəbdə təhsil almaq istəyi BANM ailəsində qürur doğurur.
Əziz Əbil, BANM ailəsinə xoş gəlmisiniz.
Sizi, Valideynlərinizi, Sumqayıt təhsilini,Fədakar müəllimlərinizi ürəkdən təbrik edirəm...”
Qeyd edək ki, bütün qruplar üzrə universitetlərə qəbul imtahanlarının nəticələri elan olunub.