
2021-08-11 16:04:55
Tərbiyəçi-müəllimlər üçün məktəbəqədər təhsillə bağlı pedaqoji kurs təşkil edilib
9 avqust tarixindən etibarən 2021-2022-ci tədris ilində yeni icma əsaslı məktəbəqədər təhsil qruplarında çalışacaq və eləcə də, artıq bir neçə ildir işləyən bir qrup tərbiyəçi-müəllim üçün “Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqların artırılması üçün 108 saatlıq pedaqoji kurs” təşkil edilib.
AzEdu.az xəbər verir ki ,Daha öncədən “Təlimçilər üçün Təlim” keçmiş 21 müəllim 6 ADPU mərkəzində (Bakı, Quba, Cəlilabad, Ağcabədi, Şəki və Şamaxı) növbəti 5 həftə ərzində 370 tərbiyəçi-müəllimə məktəbəqədər təhsillə bağlı nəzəri və praktik bilikləri çatdıracaqlar.
Pedaqoji kursun məqsədi regionlarda “İcma əsaslı məktəbəqədər təhsil” layihəsində fəaliyyət göstərən tərbiyəçi-müəlllimləri erkən yaşlı uşaqların inkişafı ilə bağlı təlimləndirmək, bilik və bacarıqlarını artırmaqdır. Əlavə olaraq isə bu pedaqoji kurs ADPU-nun “Məktəbəqədər təhsil” fakültəsini daha müasir, yeni yanaşmaları əhatə edən zəngin materiallarla təmin edəcək.
Qeyd edək ki, pedaqoji kurs ARTİ tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi ilə ADPU-nun birgə əməkdaşlığı çərçivəsində hazırlanıb.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39