
Mingəçevir Dövlət Universitetinin tələbəsi Sevinc İsmayılovanın təcili köməyə ehtiyacı var.
Sevinc,universitetin Pedoqoji fakultəsinin İbtidai sinif müəllimliyi ixtisası üzrə II kurs tələbəsidir.O, kəskin qaraciyər çatışmazlığından əziyyət çəkir, ciyərləri hər gün şişir və nəfəs alması çətinləşir, vəziyyəti getdikcə ağırlaşır.
Sevincin qrup nümayəndəsi Sevda Lətifova AzEdu.az-a bildirib ki,onu savadlı, çalışqan, mehriban qrup yoldaşı kimi tanıyır:
“Dərslərə davamiyyəti yaxşı olub, sadəcə bəzən həkimə getmək üçün icazə alardı.Bunun xaricində dərslərdə hər zaman fəal iştirak edib.Hazırda köməyə ehtiyacı var”.
Ailəsi,qrup yoldaşları və yaxınları Sevincə dəstək olmaq üçün əllərindən gələni edirlər.O, hazırda xəstəxanada,həkim nəzarətindədir və təcili əməliyyata ehtiyacı var.
Sevincin sağalması üçün I qan qrupuna aid olan qaraciyər donoru və əməliyyat üçün 47 000 məbləğində pula ehtiyac var. Ailəsindən verilən məlumata hazırda bu məbləğin sadəcə 7 000-i toplanıb.
Anası donor olmaq istəsə də, təəssüf ki, qaraciyəri uyğun gəlməyib.
Bu gənc tələbənin hər birimizin köməyinə ehtiyacı var. Kart məlumatıları və əlaqə nömrəsini aşağıda qeyd edirik:
Samir İsmayılov(atası) – 050-498-48-26