
2018-07-23 14:10:00
Həştərxan Dövlət Universitetinin nümayəndələri BSU-da oldular
Rusiya Federasiyası Həştərxan Dövlət Universitetinin strateji inkişaf üzrə prorektoru, iqtisad elmləri namizədi Elina Polyanskaya, həmin universitetin Avrasiya və Şərq Departamentinin direktoru, siyasi elmlər doktoru professor Rafik Usmanov Bakı Slavyan Universitetində olublar. AzEdu.az xəbər verir ki, qonaqları tədris işləri üzrə prorektor, professor Telman Cəfərov qəbul edərək, onlara universitetin tarixi, keçdiyi inkişaf yolu, fakültələri və ixtisasları, universitetin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. O, BSU-nun Rusiyanın br çox universitetləri ilə sıx əlaqələrə malik olduğunu, universitetdə Moskva və Sankt-Peterburq Tədris-Mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini bildirib. Rusiya Federasiyasının Prezidenti V.V.Putinin bu universitetin fəxri professoru olduğunu vurğulayan prorektor qonaqlara Türk-Slavyan Əlaqələri və Tərcümə Problemləri elmi-tədqiqat laborotoriyalarının işi barədə də məlumat verib. O, rus dilinin və rus ədəbiyyatının Azərbaycanda bu gün də xüsusi həvəslə öyrənildiyini və Bakı Slavyan Universitetinin bu işdə baza rolu oynadığını bildirib.

Həştərxan Dövlət Universitetinin birinci prorektoru, iqtisad elmləri namizədi Elina Polyanskaya da öz növbəsində HDU haqqında məlumat verərək bu il çalışdıqları universitetin 100 illiyinin qeyd ediləcəyini bildirib. O, Həştərxan vilayətinin, o cümlədən Həştərxan Dövlət Universitetinin bütün zamanlarda Azərbaycanla sıx əlaqələrə malik olduğunu qeyd edib. E.Polyanskaya hazırda universitetdə 200-ə qədər azərbaycanlı tələbənin təhsil aldığını diqqətə çatdırıb. Bundan əlavə o, HDU-nun Həştərxanda fəaliyyət göstərən Azərbaycan diasporu ilə yaxından əməkdaşlıq etdiyini, bir çox layihələrə birgə imza atdıqlarını qeyd edib. Universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzinin təşkili üçün otaq ayrıldığını və bu işin Bakı Slavyan Universitetinin dəstəyi ilə həyata keçiriləcəyinə ümid etdiyini vurğulayıb. O, Bakıda da Həştərxan Dövlət Universiteti mərkəzinin yaradılması ilə bağlı intensiv işlərin getdiyini bildirib.
Daha sonra tərəflər gələcək əməkdaşlığın vacib istiqamətlərini müzakirə ediblər. Buraya tələbə mübadiləsinin reallaşdırılması, birgə elmi layihələrin həyata keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı ezamiyyəti məsələləri, elmi jurnalların və nəşrlərin birgə nəşri və s. daxil edilib.
Qonaqlar daha sonra Rusiya Tədris-Mədəniyyət Mərkəzinə, Ukrayna Tədris-Mədəniyyət Mərkəzinə, Heydər Əliyev Tədris Mərkəzinə və Muzeyə baş çəkmiş, mərkəzlərin fəaliyyəti ilə tanış olmuşlar. Sonda 2013-cü ildə imzalanmış universitetlərarası müqavilənin yenilənməsi qərara alınıb.
Bakı Slavyan Universiteinin prorektoru, professor Telman Cəfərov qonaqlara “Ümidləri doğruldan universitet” və “Ən yeni Azərbaycan ədəbiyyatı” antalogiyası kitablarını hədiyyə verib.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39