
2021-08-14 15:30:00
ARTİ bu şəxslər üçün müsabiqə elan edir
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) tədqiqat bacarığı olan mütəxəssislərin seçimi üçün müsabiqə elan edir.
ARTİ haqqında qısa məlumat:
AzEdu.az xəbər verir ki. ARTİ faəliyyətini müxtəlif istiqamətlər üzrə qurur. Bu istiqamətlərə müxtəlif təhsil pillələri üzrə təhsilin məzmun və qiymətləndirmə standartlarının, nümunəvi (variativ) kurikulumların və təhsilin keyfiyyət standartlarının hazırlanması, müxtəlif təhsil müəssisələrində təhsilin inklüzivliyi, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları, təhsilalanlar üçün bərabər imkanların yaradılması məqsədi ilə tədqiqatların aparılması və s. daxildir.
İş haqqında məlumat:
Müvafiq mütəxəssislər ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin fəaliyyət istiqamətlərinə uyğun olaraq müxtəlif mövzularda tədqiqat təklifləri yazır, milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak edir, hesabatlar tərtib edir və tədqiqat nəticələrinə əsaslanan siyasət tövsiyələrini hazırlayır.
Tələblər:
- Tədqiqat (kəmiyyət və keyfiyyət) üzrə dərin biliklər
- Məlumatların təhlili bacarığı
- Uyğun kompüter proqramları üzrə biliklər
- Azərbaycan və ingilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı
- Təhsil siyasəti üzrə biliklər
- Təhsil sahəsində işləmək həvəsi
Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanmış tələblərə uyğun gələn şəxslərdən 23.08.2021-ci il tarixinədək CV-lərini [email protected] elektron ünvanına “Tədqiqat üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur.
Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39