
2021-08-16 12:12:00
ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi (TİPİM) tərəfindən imtahan təşkil olunub.
ARTİ-nin Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi (TİPİM) tərəfindən “İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, ehtiyat dərsliklərin tətbiqi metodikası” üzrə imtahan təşkil olunub.
AzEdu.az xəbər verir ki, imtahanda ixtisasartırma proqramı çərçivəsində əvvəlki illərdə bu mövzuda təlim keçmiş təlimçilər iştirak ediblər. İmtahan üzrə gələcəkdə qeyd olunan təlimləri keçəcək şəxslərin mövzu üzrə bilik və bacarıqları yoxlanılıb. Növbəti mərhələlərdə imtahanlarda uğur qazanmış namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq və onlar "Pedoqoji kadrların ixtisasartırma təlimini həyata keçirən şəxslər üçün təlim proqramı" əsasında təlimlərə cəlb olunacaqlar.
Qeyd edək ki, sözügedən ixtisasartırma proqramının iştirakçıları müasir tədris resursları ilə bağlı məlumatlanmaq, fənnin məzmunu ilə bağlı biliklərini təlimin məqsədlərinə uyğunlaşdırmaq, ehtiyat dərsliklərin məzmunundakı yeniliklərlə, yaradıcı yanaşmalarla tanış olmaq, təlim tapşırıqları və qiymətləndirmə vasitələrini hazırlamağın yollarını öyrənmək imkanı qazanacaqlar.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39