Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-16 17:47:00
MDU-da növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb  

Avqustun 16-da Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.

 

AzEdu.az xəbər verir ki, Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib.

 

Mövcud vəziyyətə əsasən MDU-da mütəmadi olaraq keçirilən dezinfeksiya tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində həyata keçirilir. Paralel olaraq, MDU kollektivi və tələbələri arasında COVID-19 pandemiyası ilə mübarizəyə dair maarifləndirmə işləri aparılır.