
2021-08-17 13:14:00
“Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üçün bir sıra fəaliyyətlər təşkil ediləcək
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “SABAH Magistratura” proqramı çərçivəsində Bakı Dövlət Universitetinin (BDU) “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi prosesini təşkil edəcək.
AzEdu.az xəbər verir ki, Layihənin keçirilməsində əsas hədəf müasir əmək bazarı və cəmiyyətin tələblərinə uyğun, beynəlxalq rəqabətə davamlı peşəkar kadr hazırlığını təmin edəcək yeni məzmun və təlim infrastrukturunun yaradılmasını və dayanıqlığını stimullaşdırmaqdan ibarətdir.
ARTİ ali təhsilin magistratura səviyyəsi üçün həyata keçirilən “SABAH Magistratura” layihəsi çərçivəsində BDU-da “Kompüter elmləri və texnologiyaları” ixtisaslaşması üzrə 2021-2022-ci tədris ilindən başlayaraq bir sıra fəaliyyətləri təşkil edəcək. Sözügedən fəaliyyətlər çərçivəsində məzmun hazırlığı, professor və müəllim heyətinin seçilməsi və təlimləndirilməsi, magistrantlar üçün öyrənmə və tədqiqata yönəlmiş dərsdənkənar fakültativ məşğələlərin təşkili və maddi-texniki təchizat nəzərdə tutulub. Daha ətraflı: https://bit.ly/3CRUc3l
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39