
Qəbul imtahanında 655 bal toplayan Mingəçevir şəhər 10 saylı məktəbin məzunu Nərmin Qədimli ali təhsil almaq üçün Mingəçevir Dövlət Universitetini (MDU) seçib.
Nərmin MDU-da Xarici dil müəllimliyi(İngilis dili) üzrə ali təhsil alacaq.
AzEdu.az xəbər verir ki, universitetin rektoru Şahin Bayramov Nərmin Qədimli və onun valideyni ilə görüş keçirib. Rektor bu barədə öz feysbuk hesabında paylaşım edib.
Rektorun paylaşımını təqdim edirik:
“Qəbul imtahanında 655 bal toplayan Nərmin Qədimli ali təhsil almaq üçün Mingəçevir Dövlət Universitetini (MDU) seçib.
Mingəçevir şəhər 10 saylı orta məktəbin məzunu olan intellektli və müasir düşüncəli gəncimizlə keçirdiyimiz görüş parlaq gələcəyimizə bir daha əminlik yaratdı. Nərmin Qədimlini, onun valideynini və müəllimlərini təbrik etdik, MDU-nu seçdiyinə görə təşəkkürümüzü bildirdik. Nərmin MDU-da Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə ali təhsil alacaq.
Möhtərəm Prezidentimizin tapşırıqlarına əsasən yeni dövrün universitetini Nərmin kimi gənclərlə qurmağa davam edirik”.