
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2021-2022-ci tədris ili üçün bakalavr pilləsi üzrə keçirilən qəbul imtahanının nəticələri avqustun 20-də açıqlanacaq.
AzEdu.az xəbər verir ki, imtahanda uğurlu nəticə əldə edən abituriyentlərin təsdiq olunmuş siyahısı Təhsil Nazirliyinə təqdim olunacaq. Təhsil Nazirliyi isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər.
UFAZ-a imtahan verib uğur əldə edə bilməyən tələbələr DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.