
Bu gündən etibarən ali təhsil müəsissələrinə bütün qruplar üzrə ixtisas seçimləri başladı.
İstər paytaxt, istərsə də regionlarda ixtisas seçimində iştirak edəcək abituriyent və onların valideynlərini maraqlandıran əsas suallardan biri də, seçimlərdə kömək və sualların cavablandırılması üçün hansı ünvana müraciət edilməli olduğudur.
AzEdu.az DİM-in məlumatına əsasən xəbər verir ki, bu zaman abituriyentlər aşağıda qeyd olunan ünvanlara müraciət edə bilərlər:
DİM-in regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərsiniz. Bu mərkəzlər ödənişsiz əsaslarla fəaliyyət göstərir.
Qeyd edək ki, ixtisas seçimi etmək üşün son gün 30 avqustdur.