
2021/2022-ci tədris ili üzrə Azərbaycan Texniki Universitetində (AzTU) tələbə qəbulu üçün 2235 plan yeri ayrılıb.
AzEdu.az xəbər verir ki, bunlardan 2070 yer Azərbaycan, 150 yer rus, 15 yer isə ingilis bölməsi üzrədir.
Abituriyentlərə AzTU-nun 7 fakültəsi üzrə kadr hazırlığı aparılan ixtisasları təqdim edirik.
Energetika və avtomatika fakültəsi
050607 - Elektrik və elektronika mühəndisliyi
050608 - Energetika mühəndisliyi
050630 - Mühəndis fizikası
050634 - Proseslərin avtomatlaşdırılması mühəndisliyi
Maşınqayırma və robototexnika fakültəsi
050604 - Cihaz mühəndisliyi
050622 - Maşın mühəndisliyi
050628 - Mexanika mühəndisliyi
050629 - Mexatronika və robototexnika mühəndisliyi
050635 - Qida mühəndisliyi
050638 - Sənaye mühəndisliyi
Xüsusi texnika və texnologiya fakültəsi
XTB050101 - Hərbi kompozisiya materialları mühəndisliyi
XTB050102 - Hərbi rabitə vasitələri mühəndisliyi
XTB050103 - Optotexnika mühəndisliyi
XTB050104 - Pirotexniki və partladıcı vasitələr mühəndisliyi
XTB050106 - Silah və silah sistemləri mühəndisliyi
050601 - Aerokosmik mühəndislik
Nəqliyyat və logistika fakültəsi
050621 - Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
050632 - Nəqliyyat mühəndisliyi
050806 - Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə)
Metallurgiya və materialşünaslıq fakültəsi
050606 - Ekologiya mühəndisliyi
050614 - Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
050618 - Kimya mühəndisliyi
050623 - Materiallar mühəndisliyi
050624 - Mədən mühəndisliyi
050627 - Metallurgiya mühəndisliyi
İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsi
050509 - Kompüter elmləri
050615 - İnformasiya təhlükəsizliyi
050616 - İnformasiya texnologiyaları
050620 - Kompüter mühəndisliyi
050636 - Radiotexnika və telekommunikasiya mühəndisliyi
İqtisadiyyat və idarəetmə fakültəsi
050401 - Beynəlxalq ticarət və logistika
050402 – Biznesin idarə edilməsi
050405 – İqtisadiyyat
050407 – Marketinq
050408 – Menecment
050410 - Statistika