
Milli Məclisin deputatı Razi Nurullayev Azərbaycan Dövlət İqtisad Universitetinin qonağı olub.
AzEdu.az xəbər verir ki, bu barədə universitetin rektoru Ədalət Muradov feybuk hesabında paylaşım edərək deputata öz təşəkkürünü bildirib.
Rektor, paylaşımında görüşün məqsədi, ali təhsil müəssisələrində görülməli olan işlərdən danışıb:
“Bu gün UNEC-də qonağımız Milli Məclisin deputatı Razi Nurullayev oldu. Ali təhsildə keyfiyyətin artırılması yolları, mütərəqqi xarici təcrübənin Azərbaycan ali təhsil müəssisələrində tətbiqi imkanları, tədqiqatlar və ali təhsil üçün əhəmiyyət kəsb edən digər istiqamətlər üzrə kənardan maliyyə vəsaitləri cəlb etmək üçün (fundraising) yanaşmalar, o cümlədən bununla bağlı müvafiq komandanın yaradılması və digər məsələlər haqqında maraqlı fikir mübadiləsi apardıq. Görüşlə bağlı göstərdiyi təşəbbüsə və UNEC-ə ayırdığı diqqətə görə hörmətli Razi müəllimə təşəkkür edirəm”.