
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 685 balla BANM-ı seçən Cəmilə Yusifovanı təbrik edib.
AzEdu.az xəbər verir ki, bu barədə rektor öz feysbuk hesabında paylaşım edib.
Rektor paylaşımda Cəmilənin qardaşı Əli Yusifovun da 4 il öncə yüksək balla BANM-ı seçdiyini bildirib:
“2017-ci ildə qəbul imtahanlarından 690 bal toplayan Əli Yusifov Bakı Ali Neft Məktəbini seçdi. Sonralar biz, əməkdaşlıq çərçivəsində Əlini Malayziyanın məşhur Petronas Şirkətinə məxsus Petronas Texnoloyi Universitetinə göndərdik.
Bu il isə Əlinin bacısı Cəmilə 685 bal toplayaraq BANM-da təhsil almaq arzusunu bildirdi.
Ali Məktəbimizdə bacı - qardaş tələbələrimiz çoxdur.
Biz buna çalışırıq. Biz buna sevinirik”.
Rektor, -“ Biz Universitetlər elə çalışmalıyıq ki, Cəmiyyətdə etimad bu cür olsun. Məzunlarımız , tələbələrimiz bizim ən böyük təbliğatçılrımız olsun”-deyə bildirib.
Son olaraq o, Əli və Cəmilə Yusifovanı təbrik edib.