Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-24 12:17:00
Peyvənd olunan təhsil işçilərinin sayına görə bu bölgələr liderdir-Nazir müşaviri

 

“Peyvəndin hər iki dozasını qəbul edən təhsil işçilərinin sayına görə  Qazax, Yardımlı, Astara, Neftçala,Lerik, Zərdab rayonlarının təhsil şöbələri, Gəncə  şəhəri  lider  bölgələrimizdir”.

 

AzEdu.az  xəbər  verir  ki, bunu Təhsil nazirinin  müşaviri  Rüstəm  Ağayev  Təhsil işçilərinin  vaksinasiya ilə bağlı canlı yayımda deyib.

 

Nazir  müşaviri  ümumi  təhsil  müəssiələrində peyvənd olunan təhsil işçilərinin sayını açıqlayıb:

 

“Bu  bölgələrimizdə  ortalama  olaraq  peyvəndin  birinci dozasını  91 %, ikinci dozasını isə 85% təhsil  işçisi  qəbul  edib.Ümumilikdə bütün  respublika  üzrə  ümumitəhsil  müəssisələrində  137  min nəfər, yəni 61 % peyvəndin hər iki dozasını vurdurub. Birinci dozanı  isə  162 min nəfər, yəni 72 %  təhsil işçisi vurdurub”.