_638.jpg)
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin yarandığı gündən 100 il keçir.
AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Naziri Emin Əmrullayev paylaşım edib:
“Bu gün respublikamızın ilk müəllim hazırlığı həyata keçirən ali təhsil ocağının - Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 yaşı tamam olur. Prezident İlham Əliyev 21 aprel 2021-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Fəaliyyətə başladığı zamandan etibarən elmi-pedaqoji kadr hazırlanması işini uğurla həyata keçirmiş universitet hazırda da müasir tədqiqatlara əsaslanaraq və innovativ təlim-tədris texnologiyalarından istifadə edərək yüksək mənəviyyata, vətəndaşlıq hislərinə malik Azərbaycan müəllimləri yetişdirir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə heyətini təbrik edir, onlara Azərbaycanda təhsilin inkişafı naminə görəcəyi bütün işlərdə uğurlar arzulayıram”.