Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-27 13:24:00
“SABAH” qruplarında işləmək istəyənlərin Nəzərinə  

Təhsil Nazirliyinin “SABAH” qruplarında 2021-2022-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müraciətlərin qəbulu prosesi davam edir.

 

AzEdu.az xəbər verir  ki, namizədlər avqustun 29-u saat 00:00-dək müraciət edə bilərlər. Müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə edə bilən, eyni zamanda müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlərin iştirakı nəzərdə tutulub.