Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-27 14:12:00
Peşə məktəblərinə müəllimlərin işə qəbulu müsabiqəsi elan edilib

27 avqust - 5 sentyabr tarixlərində peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu müsabiqəsi keçirilir.

 

AzEdu.az xəbər verir ki , yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.

 

İşə qəbul müsabiqəsi 2 mərhələdən ( elektron müraciət və müsahibə mərhələləri) ibarətdir.

 

İştirak etmək istəyən namizədlər 5 sentyabr saat 23:59-dək "Müraciət_forması"nı bölmələr üzrə tam doldurmalıdırlar. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı yerləşdirilib.

 

Müsabiqədə uğur qazanacaq müəllimlər aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:

  • Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək;
  • Ölkəmizdə və xarici ölkələrdə keçiriləcək təlimlərdə iştirak;
  • Rəqabətə davamlı əməkhaqqı;
  • Daimi və ya saat hesabı tədrisə cəlb imkanı.

 

Qeyd edək ki, seçim zamanı müvafiq ixtisas üzrə təhsil, iş və tədris təcrübəsi, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək