Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-28 13:54:00
Türkiyə məktəblərində ənənəvi tədris bərpa olunur  

“Məktəbləri açıq saxlamaq prioritetdir”.

 

AzEdu.az xəbər verir ki, bunu Türkiyənin milli təhsil naziri Mahmut Özer söyləyib.

 

Onun sözlərinə görə, 2021-2022 tədris ili üzrə bütün səviyyə və siniflərdə məktəblər 6 sentyabr tarixində ənənəvi qaydada tədrislə açılacaq.

 

Nazir bildirib ki, COVID-19 pandemiyası ilə bağlı Səhiyyə Nazirliyi ilə birgə bütün tədbirlər görülüb.

 

“Müəllimlərə lazımi tədbirlərlə bağlı seminarlar veriləcək. Hazırda məktəbləri açıq saxlamaq bizim prioritetimizdir. Şagirdlərimizi qorumalıyıq”, - o qeyd edib.

 

M.Özer məktəblilərə PCR test və vaksinlənmə ilə bağlı məcburiyyət olmadığını vurğulayıb.(Report)