
Hazırda ölkəmizdə yeni tədris ilinin başlamasına çox az bir zaman qalıb. Ancaq hələ də təhsil müəssisələrinin hansı formada açılacağı ilə bağlı da rəsmi qərar yoxdur.
Bununla yanaşı, ali təhsil müəssisələrinə abituriyentlərin qeydiyyat prosesinin 20 sentyabrda yekunlaşmasının DİM tərəfindən elan edilməsi, bu pillə üzrə tədris ilinin oktyabrda başlayacağına inam yaradır.
Eyni zamanda sosial şəbəkələrdə də bu cür qeydlərin verilməsi ictimaiyyətdə çaşqınlığın yaranmasına səbəb olub.
AzEdu.az xəbər verir ki, bununla bağlı Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məsələyə münasibət bildirib.
Sektor müdiri ali təhsil müəssisələrində tədris ilinə oktyabrda başlanılacağı ilə bağlı yayılan informasiyaların doğru olmadığını qeyd edib.
Qeyd edək ki, sentyabrın 7-də nazir Emin Əmrullayev təhsil müəssisələrində yeni tədris ilinin təşkili ilə bağlı sualları cavablandıracaq.