
Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi Azərbaycan dili və ədəbiyyat fənnini tədris edən müəllimləri sentyabrın 10-u saat 11:00-da “Refleksiv müəllim” seminarına dəvət edir.
İnstitutdan bildirilib ki, onlayn seminarda VI sinif Azərbaycan dili dərsliyində olan “Məktub” mətni üzrə dərs icmalı müzakirə olunacaq.
2017-ci ildən həyata keçirilən “Refleksiv müəllim” layihəsinin məqsədi aşağıdakılardır:
- Birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsini müəllimlər arasında təbliğ etmək;
- Müəllimlərdə keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq bacarığını formalaşdırmaq;
- Konstruktiv tənqidə açıq olmaq, prosesi təhlil etmək bacarıqlarını aşılamaq;
- Konstruktiv dərs müzakirələrinin modelini təqdim etmək;
- Nəticəyə aparan refleksiv suallar qoymağı öyrətmək;
- İstənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, “ideal dərs” anlayışının isə nisbi olduğunu nümayiş etdirməkdir.
Aşağıdakı linkə daxil olaraq seminarda iştirak etmək üçün qeydiyyatdan keçmək olar: https://forms.gle/s3b8uqScgfnCwT8L6