
2021-09-10 11:17:00
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu bu tarixdə aparılacaq
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi üçün sənəd qəbulu ildə 2 dəfə həyata keçirilir. Növbəti sənəd qəbulunun 2022-ci ilin yaz semestri üzrə həyata keçirilməsi planlaşdırılır.
AzEdu.az xəbər verir ki, proqram prioritet ixtisas istiqamətləri üzrə xaricdə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub.
Müraciət üçün tələb olunan sənədlərin siyahısı aşağıdakı kimidir:
- Dünyanın top 500 universitetindən birindən prioritet ixtisas istiqaməti üzrə qəbul sənədi;
- Yerli ali təhsil müəssisəsindən razılıq məktubu;
- Tədqiqat işi (Azərbaycan dilində və 2000 sözdən az olmayaraq);
- Diplom(lar) və əlavəsi(ləri);
- Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənəd;
- Tövsiyə məktubları (2 ədəd);
- Sağlamlıq haqqında arayış (AZS – 086/1);
- Elmi məqalələrin surəti (mövcud olduğu halda);
- CV.
Sənəd qəbuluna indidən hazırlaşın!
Bu bölməyə aid digər xəbərlər
Doktorantura səviyyəsinə sənəd qəbulu davam edir
2023-05-03 11:55:40
Doktorantura səviyyəsinə sənəd qəbulu davam edir
2023-04-25 14:25:00
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu davam edir
2023-04-14 13:56:00
Doktoranturaya sənəd qəbulu BAŞLAYIR
2023-04-12 10:05:00
Xaricdə doktorantura təhsilinə sənəd qəbulu davam edir
2023-02-25 14:43:00
Doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib-FOTO
2022-11-23 16:23:00
Doktorantura təhsili üçün sənəd qəbulu sabah başa çatır
2022-09-14 11:30:00
Xaricdə oxuyan doktorantlarımızın sayı çox azdır - DƏQİQ RƏQƏMLƏR
2022-09-09 10:23:00
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu aparılır
2022-07-27 11:00:00
Doktorantura təhsilinə dair ikinci sənəd qəbulu başlayır
2022-07-15 10:15:00