Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-11 14:36:00
Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-dən başlanacaq

Bu il Azərbaycanda məktəbəhazırlıq qruplarında tədris prosesi oktyabrın 1-dən əyani formada təşkil ediləcək.

AzEdu.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında” Qərarında öz əksini tapıb.