
2021-09-13 13:58:00
Türkiyə universitetlərində bu gündən etibarən ənənəvi təhsilə başlanılır
COVID-19 pandemiyası səbəbindən fəaliyyəti müvəqqəti dayandırılan Türkiyə universitetlərində sentyabrın 13-dən etibarən ənənəvi təhsilə başlanılır.
AzEdu.az xəbər verir ki, pandemiya qaydaları çərçivəsində davam etdiriləcək 2021-2022-ci tədris ili ərzində universitetlər hibrid təhsil modeli, yəni, fəndən asılı olaraq üz-üzə və ya distant qaydada fəaliyyət göstərəcək.
Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə universitet binaları Türkiyənin Səhiyyə Nazirliyi tərəfindən xüsusi rəqəmsal texnologiyalarla izlənəcək. Ötən il ərzində təhsildə yaranan boşluqların aradan qaldırılması məqsədilə həftə sonları da müvafiq dərslərin keçirilməsi nəzərdə tutulur. İmtahanların da ənənəvi şəkildə keçirilməsi planlaşdırılır.(Azərtac)
Bu bölməyə aid digər xəbərlər
Türkiyədə hüquq təhsili - Hansı imtahanları verməlisiz?
2024-01-25 17:34:00
BMU-nun daha bir məzunu xaricdə təhsil alacaq
2023-08-29 15:27:00
Səfirlikdən Türkiyə universitetlərinə qəbul olunanlara müraciət
2023-08-28 11:06:00
UNEC-in 16 məzunu Dövlət Proqramının qalibi olub
2023-08-11 13:54:00
Ukraynada 723 azərbaycanlı ali təhsillərini başa vurub
2023-08-09 09:49:46
Ədalət Muradov Türk Universitetləri rektorlarının iclasına sədrlik edir
2023-06-07 14:26:00
Azərbaycanlı tələbə Polşada qəfil öldü
2023-06-06 11:27:45
Memarlıq və İnşaat Universiteti hansı ölkələrlə ikili diplom verir?
2023-04-07 11:32:00
Ən BAHALI və ən UCUZ universitetlər bu ölkələrdə yerləşir
2023-03-23 17:11:57
Xaricdəki tələbələrin Azərbaycana köçürülmə qaydaları yumşaldılsın - TƏKLİF
2023-03-16 13:19:00