
Şərqi Avropa dövlətlərindən olan Çexiya Respublikası zəngin mədəniyyətə sahibdir. Çexiyada 26 dövlət, 30 özəl ali məktəb vardır. Çexiyada bakalavr pilləsi üçün təhsil 3 ildir. Ali məktəblər universitet, institut və akademiya adlanırlar. Ancaq elmlər namizədi və doktorları hazırlayan alim məktəblər universitet adlana bilərlər. Ədəbiyyat, incəsənət və mədəniyyət sahəsin kadr hazırlayan ali məktəblər akademiya sayılır. Çexiyada hal-hazırda 43.000-dən çox xarici tələbə təhsil alır.
AzEdu.az Çexiyada təhsil almağın üstünlüklərini təqdim edir:
Dövlət universitetlərində Çex dilində təhsil pulsuzdur
Çexiyada təhsil dili əsasən çex və ingilis dilində olur. Çexiyanın bəzi universitetlərində rus, alman və fransız dillərində də tədris olunur.
Çexiya bir çox Avropa ölkələri ilə müqayisədə yaşayış üçün daha münasibdir.
Avropada təhsil almaq istəyən tələbələr üçün nəqliyyat, yaşayış və gündəlik yeməklər münasib qiymətədir və bu da Çexiyada təhsil almağın avantajları sırasındadır.
Çexiya məzun olan tələbələrə digər Avropa birliyinə daxil olan ölkələrində
2 il işləmək izni verir və bu müddət iş verən tərəfindən uzadıla bilər.
Çexiya Şengen zonasına daxil olan ölkə olduğundan təhsil müddəti ərzində tələbələrin şengen zonasına daxil olan ölkələrə vizasız səyahət etmək imkanı mümkündür.
Günel Yaşarqızı