
Təhsil prosesinin əsas qəhrəmanı müəllimdir. Müəllim peşəsinin mahiyyəti və müqəddəsliyinə görə hər zaman cəmiyyətdə xüsusi yer tutub, cəmiyyətin seçilmiş insanları hesab olunub.Yaxşı müəllim işinə məsuliyyəti, sənətinə , şagirdlərinə olan sevgisi ilə seçilir.
Müəllimllik fəaliyyətində uğur əldə etmək istəyirsinizsə aşağıdakılara diqqət edin
AzEdu.az təqdim edir
Düzgün zaman bölgüsü
Mövzu izah edildiyində həll olunacaq məsələlərin sxemlərini əzbərdən qurmalıdır . Bu müəllimin mövzuya hakim olduğunuzu göstərir. Bununla, həm zaman itqənaət edəcəksiniz, həm də şagirdin etimadını qazanmış olacaqsınız.
Bədən dilindən istifadə
Dərsi izah edən zaman "bədən dilimiz" də danışmalıdır. Müəllim sinifdə dərsi izah edərkən şagirdlərin diqqətini cəlb etməli, jest və mimikalardan düzgün istifadə etməyə çalışmalıdır. Təbii ki, "bədən dilimiz"dən istifadə etdiyimizdə süni deyil, edəcəyimiz hər bir hərəkət təbii olmalıdır. "Bədən dili" ilə ruhumuz və bədənimiz, sanki çayın içindəki şəkər kimi əriməli, birləşməlidir;
Səhvini qəbul ətmək
Müəllim dərsi izah edərkən mexaniki olaraq səhv etmiş ola bilər. Şagirdlər ona xəbərdarlıq etdikdə, səhvinizdə inadkarlıq göstərmədən: "Yoldaşınızı təbrik edirəm", - deyərək səhvinizi düzəltməlisiniz.
Dərsi suallar əsasında qurmaq
Müəllim hər bir şagirdə çəkinmədən suallar vermək rahatlığı yaratmalıdır. İzah edilən mövzular sual-cavab vasitəsi ilə möhkəmləndirilməlidir. Bundan əlavə başa sala bildimmi?" - deyə sinfə müraciət edib şagirdləri dərsə istiqamətləndirə bilərsiniz . Dərs izah edərkən mütləq şagirdlərə yaxın olunmalı, kürsüyə və ya lövhəyə yapışıb qalınmamalıdır
Dəcəl uşaqlarla düzgün ünsiyyət
Bəzi uşaqlar mövcud öyrənmə və qavrama çatışmamazlıqlarını sinifdə dəcəllik edərək, daimi döyüş və narahatlıq vəziyyəti yaradaraq yatırmağa çalışırlar.Hər şeydən əvvəl problem yaşayan və yaşadan şagirdlərlə sinif içərisində deyil, fərdi olaraq iş aparılmalıdır. Onları yoldaşlarının içərisində danlamaq, həm özünə inamlarını sarsıdır.
Qeyd edək ki, Əslində, pis müəllim, pis şagird yoxdur. Müəllim və şagird arasında yaxşı və ya pis münasibət var. Ancaq yaxşı və ya pis münasibət qurmaq şagirdin deyil, müəllimin məsuliyyətindədir.
L.Tolstoy dediyi kimi
” Əgər müəllim yalnız işi sevirsə, o, yaxşı müəllim olacaq. Əgər müəllim peşəsinə və şagirdə olan məhəbbətini özündə birləşdirirsə, o, kamil müəllimdir.”
Gülcahan Məmmədova