Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-27 10:56:00
İqtisad Universitetinin dələduzluqda təqsirləndirilən sabiq əməkdaşının şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Vəfa Osmanlı barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.

AzEdu.az-nın xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 9-na təyin edilib.

Şikayətdə V. Osmanlıya bəraət verilməsi istənilir.

Qeyd edək ki, V. Osmanlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

V. Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub. O, Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək, dollar mübadiləsi adı altında onların ümumilikdə 607 min manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. V. Osmanlı Azərbaycan İqtisad Universitetində çalışıb.