
“Bir neçə az sayda tələbəsi olan universiteti hesaba qatmasaq digərlərində bəzi problemlər ciddi şəkildə özünü göstərir”
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil üzrə ekspert Adil Vəliyev qeyd edib.
Ekspert ali təhsil müəssisələrinin əyani tədrisin təşkili ilə bağlı verilən qərara uyğun hazırlaşarkən bir neçə sual ın ortaya çıxdığını vurğulayıb:
“Bildiyiniz kimi, cənab nazirin son qərarına əsasən dərslər 29 sentyabr tarixindən etibarən ənənəvi formada başlayacaq. Qərarı müsbət qarşılayan da oldu, həmçinin, mənfi reaksiya verən də...
Ali təhsil müəssisələri verilən qərara uyğun hazırlaşarkən bir neçə sual ortaya çıxır ki, bunlardan ən vacibi də auditoriyada sosial məsafə necə qorunacaq, dərslər 35-40 nəfərlik auditoriyalarda eyni sayda olan tələbələrə necə keçiriləcək? Bir neçə az sayda tələbəsi olan universiteti hesaba qatmasaq, digər universitetlərdə bu problem ciddi şəkildə özünü göstərir”.
Ekspert bu problemin aradan qaldırılması üçün öz təkliflərini irəli sürüb:
“Düşünürəm ki verilən qərar dəyişməyəcəyinə görə ən yaxşı halda qeyri ixtisas fənnləri online, əsas fənnləri isə ənənəvi formada keçmək olar. Bundan əlavə olaraq isə qeyri ixtisas fənnləri həftənin yalnız bir günü online formada keçirilməklə digər günlərə dərslərin bölgülərini rahat şəkildə yerləşdirmək olar”.