Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-16 17:16:00
Bu il tədris prosesində iştirak edəcək müəllim və şagirdlərin sayı açıqlanıb

“Yeni tədris ilində 471661 şagird Bakıda təhsil alacaq, 28167 müəllim onların təlim-tədrisi ilə məşğul olacaq”.


AzEdu.az, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.


“Pandemiya dövründə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri üzrə 447843 şagird və 27293 təhsil işçisi qeydiyyatdan keçərək onlayn dərslərə cəlb olunmuşdu.

2020-2021-ci tədris ilində 16040 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları