
2018-07-27 16:37:44
Azərbaycan alimlərinin verdiyi quruluş əsasında hazırlanan fotodiodlar üstünlüyü ilə seçilib
Koreyanın NanoFab mərkəzində AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) tərəfindən təklif olunan quruluş əsasında MSFD fotodiodların yeni nümunələri hazırlanır.
AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasında “Azərkosmos”ASC-nin və AMEA Strateji Elmi Tədqiqatlar Mərkəzinin (SETM) birgə görüşündə məlumat verilib.
Görüşdə SETM-in 2№ li laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru Fərid Əhmədov kiçik ölçülü peyklər üçün mikropikselli silisium fotogücləndiriciləri əsasında yeni qamma və ionlaşdırıcı zərrəcik detektorlarının hazırlanmasına dair təqdimatla çıxış edib. F.Əhmədov 2015-2016-cı illərdə tərəflərindən təklif olunan quruluş əsasında Koreyanın NanoFab mərkəzində MSFD fotodiodların yeni nümunələrinin hazırlandığını deyib. Qeyd edib ki, bu fotodiodlar Yaponiyanın Hamamatsu şirkətinin son model məhsulları ilə müqayisə olunub və üstünlüyü ilə seçilib. Bir sıra xarici ölkələrin təqdiqat mərkəzləri və istehsal şirkətləri tərəfindən maraqla qarşılanıb.
AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev gələcəkdə bu qəbildən məhsulların hazırlanması istiqamətində “Azərkosmos”ASC ilə birgə əməkdaşlıq imkanlarından söz açıb.
Bu bölməyə aid digər xəbərlər
“İnsan kapitalı və təhsil” İşçi Qrupunun iclası olub
2024-09-12 10:41:16
Sentyabr döyüşlərinin 2 ili tamam oldu
2024-09-12 08:59:29
“Tarixdə bu gün” - 12 sentyabrda yadda qalan günlər...
2024-09-12 08:56:00
Sentyabrın 18-də ilin ikinci Ay tutulması baş verəcək
2024-09-12 08:45:58
STEAM tədris edən müəllimlər üçün müsahibələr keçirilir
2024-09-11 17:57:00
Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA
2024-09-11 15:01:00
DİM bu şəxslər üçün qeydiyyat elan edib
2024-09-11 12:18:30
Dövlət keyfiyyətli kadr hazırlığı üçün daha çox vəsait xərcləyəcək - Yeni qərarın izahı
2024-09-11 11:15:57
İki gündə geomaqnit qasırğası olacaq
2024-09-11 10:58:30
Türkiyədə doktorantura səviyyəsində təqaüdlə təhsil alacaq tələbələrin siyahısı
2024-09-10 17:43:40