
2021/2022-ci tədris ili üzrə UNEC ilə Moskva Dövlət Humanitar İqtisad Universitetinin (MDHİU) ikili diplom proqramına qəbul başlayıb. Proqramda UNEC-in I kursunu bitirən tələbələr iştirak edə bilər.
AzEdu.az xəbər verir ki, proqrama əsasən, tələbələr I və II kursda UNEC-də təhsil alır, III kursda MDHİU-da təhsillərini davam etdirirlər. IV kursda isə UNEC-də təhsillərini başa vururlar. Akademik öhdəliklərini yerinə yetirən tələbələrə “Mühasibat uçotu” ixtisası üzrə Rusiyanın təhsil və kvalifikasiya sənədi - bakalavr diplomu və öz ixtisası üzrə UNEC diplomu veriləcək.
Qəbul şərtləri:
- UNEC-in birinci kursunu başa vurmalı;
- Minimum orta bal (ÜÖMG) - 71 bal;
- Rus dilini sərbəst bilməlidir.
Sənədlər bir fayl şəklində (PDF formatında) aşağıdakı ardıcılıqla [email protected] email ünvanına təqdim olunmalıdır:
- Akademik transcript
- CV (rus və ya azərbaycan dilində)
- Pasport (olmadığı halda şəxsiyyət vəsiqəsi)
Rusiyada təhsil müddəti - 1 il
Tədris dili - rus dili
Təhsil haqqı – 220 000 rubl
Qeydiyyat haqqı - yoxdur
Son müraciət tarixi: 28 Sentyabr
Maraqlananlar suallar üçün zoom linki vasitəsilə təşkil olunacaq online kosultasiyada iştirak edə bilərlər.
Tarix: 24 sentyabr 2021-ci il saat 17.00-da