
16 sentyabr 2021-ci il tarixində Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi- praktik konfransın keçirilib.
Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov "İnnovativ və rəqəmsal Qarabağ iqtisadiyyatı: konseptual baxış" mövzusunda çıxış edib.
AzEdu.az xəbər verir ki, rektor çıxışı zamanı bir neçə vacib təklif irəli sürüb.
Rektorun təkliflərindən bir neçəsini təqdim edirik:
- Qarabağ Universitetinin (Multiversitetinin) təkcə Azərbaycan üçün deyil, bütün region üçün rəqəmsal iqtisadiyyat mütəxəssislərinin hazırlığı mərkəzi kimi nəzərdə tutulması;
- Nüfuzli beynəlxalq İT şirkətlərinin hökumət tərəfindən siyahısı təsdiq olunmuş sertifikatlarını qazananların bununla bağlı bütün xəsclərinin kompensasiya edilməsi;
- Bütün ali təhsil müəssisələrində rəqəmsal bacarıqların formalaşdırılması məqsədilə müvafiq kafedranın yaradılması;
- Orta məktəb proqramına rəqəmsal bacarıqlarla bağlı xüsusi fənnin daxil edilməsi;
- “Rəqəmsal könüllülər” hərəkatına start vermək.