Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-28 13:56:00
Qərbi Kaspi Universiteti bu ixtisaslar üzrə qəbul elan edir 

Qərbi Kaspi Universitetinin Kolleci 2018/2019-cu tədris ili üçün aşağıdakı ixtisaslar üzrə qəbul aparır.

AzEdu.az xəbər verir ki, kollecdə dərslər müasir tələblərə cavab verən, ən yeni təlim və tədris avadanlıqları ilə təchiz edilmiş, ixtisaslaşdırılmış fənn kabinetləri və laboratoriyalarda keçiriləcək.

Dərslər Qərbi Kaspi Universitetinin professor-müəllim heyəti, yüksək peşəkarlıq səviyyəsi və zəngin təcrübəyə sahib olan mütəxəssislər tərəfindən aparılacaq.

Kolleci 9 illik təhsil bazasında bitirən tələbələrə müvafiq ixtisaslar üzrə diplom verilməklə yanaşı, tam orta təhsil hüquqları da verilir.

Kolleci əla qiymətlərlə bitirən məzunlar Qərbi Kaspi Universitetində ixtisasları üzrə təhsillərini davam etdirdikdə müəyyən imtiyazlar əldə edəcəklər.

9 illik təhsil bazasından qəbul olanlar oxuduqları müddət ərzində hərbi xidmətdən azad olunurlar.

Qəbul imtahanlarında ən yüksək bal toplayan tələbələrə təhsil haqqının ödənişində 10% güzəşt olunacaq.

Kollec 2018/2019-cu tədris ili üçün aşağıdakı ixtisaslar üzrə qəbul aparır:
• Dizayn 
• Mühasibat uçotu
• Maliyyə işi
• Bank işi
• Vergi və vergitutma
• Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti 
• Avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı 
• Poliqrafiya istehsalının texnologiyaları
• Yer quruluşu və torpaq müfəttişliyi 
• Turizm və onun təşkili 
• Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə 
• Sığorta işinin təşkili 
• Marketinq 
• Menecment