
Bu gün Azərbaycan ordusunun erməni təxribatına qarşı bütün cəbhəboyu əks hücum əməliyyatlarına başlamasından 1 il ötür.
Eyni zamanda 27 sentyabr II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə Anım günü olaraq qeyd olunur.
Bu gün bir çox ictimai-siyasi şəxslərlə yanaşı tanınmış təhsil və elm xadimləri də paylaşım edərək şəhidlərin xatirəsini anıblar.
AzEdu.az xəbər verir ki, onların arasında universitet rektorları da yer alır.
Azərbaycan Dövlət İqtisad universitetinin rektoru Ədalət Muradov öz sosial şəbəkə hesabında Anım günü ilə bağlı gün boyu bir neçə paylaşım edib.
Rektor ilk olaraq şəhidlərin xarirəsini anıb, Allahdan onlara rəhmət diləyib. Daha sonra gün ərzində Anım günü ilə bağlı keçirilən yürüyüşdən fotolar paylaşıb, daha sonra isə UNEC-də 44 şəhidin xatirəsinə ucaldılmış abidənin açılışı haqqında paylaşım edib:
Sosial şəbəkələrdə aktivliyi ilə seçilən rektorlardan biri olan Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov da gün boyunca paylaşımlarını anım gününə həsr edib.
Bütün şəhidlərimizə Allahdan rəhmət diləyən rektor universitetin şəhid məzunlarını da xüsusi ilə qeyd edib:
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov Anım günü ilə bağlı İTV tərəfindən hazırlanmış sujeti paylaşaraq günün qürurunu və şəhidlərin əziz xatirəsinə kədərini bildirib:
“27 sentyabr 2020-ci il, tarixi bir gün, düşmənlə açıq müharibəyə girdiyimiz gün, bu gününün qürurunu yaşayırıq. Allah şəhidlərimizə rəhmət eləsin, Allah möhtərəm cənab Prezidentimizi və Azərbaycan Ordusunu qorusun!!!”
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov da Anım günü ilə bağlı paylaşımlara qoşulub. Rektor bu günün xatirəsinə Prezident İlham Əliyevin sosial şəbəkə hesabında paylaşılan postu paylaşaraq Anım günündə şəhidlərin xatirəsini yad edib:
Qeyd edək ki, bu günlə bağlı ümumi, orta,ali və orta-ixtisas təhsili müəssisələrində Anım günü tədbirləri keçirilib, şəhidlərin xatirəsi yad edilib.
Şəhidlərimizi qürur, hörmət və kədərlə anırıq!
Qarabağ Azərbaycandır!
QEYD
Bir çox Azərbaycan Universitetlərin rektorlarının sosial şəbəkə hesabları mövcud deyil.