
2021-09-30 10:00:00
Prezident təqaüdü alanların 33 nəfəri BANM-nın tələbəsidir - Elmar Qasımov
Azərbaycanın təhsil tarixində rekord nəticə baş verdi. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ali məktəblərə ən yüksək nəticə ilə qəbul olmuş 102 tələbəyə Prezident təqaüdü verildi.Onlardan 33 nəfəri Bakı Ali Neft Məktəbinin tələbəsi oldu.
AzEdu.az xəbər verir ki , bunu BANM-nın rektoru Elmar Qasımov facebook səhifəsində yazıb.
O bildirib ki, "Heç zaman bu sayda Prezident təqaüdçüsü bir ali məktəbdə olmamışdır. Mən qürur duyuram. 10 illik fəaliyyətimizdə Azərbaycanın ən istedadlı gəncləri bizi seçməkdə davam edir. MƏHZ BİZİ SEÇİRLƏR. Bizə inanırlar.Bizim ən böyük piarımızı məzunlarımız, tələbələrimiz edir. Buna görə çox xoşbəxtik.Siz, Millətimizin intellektual əsgərlərisiniz".
Rektor tələbələri təbrik edib "Əziz tələbələrimiz, etimad və etibarınızagörə sizə minnətdaram.Bir rektor olaraq söz verirəm ki, seçiminizdə yanılmayacaqsınız.Ən başlıcası, biz sizə öyrənməyi öyrədəcəyik.BANM ailəsinə xoş gəlmisiniz!".
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39