
“Ali təhsilin gələcəyilə bağlı ekspertlərin böyük hissəsi ali təhsilin dəyişmə prosesini iki yanaşmanın, özünəməxsus “ xeyir və şərin mübarizəsi” kimi təsvir edirlər”
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib.
Rektor bu iki yanaşmanı aşağıdakı kimi istiqamətləndirib:
- Yeni texnologiyalarla dəstəklənən və ictimai transformasiyaya yönəlmiş “yeni” ali təhsil;
- Ali təhsil institutlarının status-kvosunu saxlamağa çalışan “industrial” təhsil.
O bu mübarizədə üç prinsipin həlledici olduğunu bildirib:
- ictimai konservatizm: ali təhsil kollektiv/sosial yaddaşın saxlanması və translyasiyası, ictimai norma və nümunələrin qorunması vasitəsi kimi;
- ictimai praqmatizm: ali təhsil cari ictimai problemlərin həlli aləti kimi;
- ictimai mütərəqqiçilik: ali təhsil “gələcəyə sıçrayış zonası” kimi.
Son olaraq o,-“Ali təhsildə sistemli dəyişikliklərin dizaynı hazırlanan zaman bu prinsiplərdən ancaq birinə fokuslandıqda ali təhsil prosesinin indini, keçmişi və gələcəyi birləşdirən əsas mahiyyəti itirilmiş olur”-deyə qeyd edib.