
Çinin təhsil səviyyəsi dünyanın bir çox ölkəsindən fərqlənir.Çin xarici tələbələrin təhsil alması üçün məşhur bir yerə çevrilib. Hər il 300 mindən çox xarici tələbəyə ev sahibliyi edən Çin höküməti 2020-ci ildə bu sayını 500 minə qaldıraraq Amerikadan sonra dünyanın ən böyük əcnəbi tələbə qəbul edən ölkəsi olmaq istəyir.Çin hökuməti 277 qurumda 40 mindən çox təqaüd də daxil olmaqla, beynəlxalq tələbələri cəlb etmək üçün geniş imkanlar təklif edir. İlk Çin universitetinin əsası e.ə. 124-cü ildə qoyulub. Çin Xalq Respublikasının 5 Universiteti dünyanın 100 aparıcı ali məktəbinin sırasına daxil olub.
AzEdu.az Çində təhsil almağın üstünlüklərini təqdim edir:
Çində ingilis dilində təhsil ala bilərsiniz. Ölkə universitetlərində hər il ingilis dilində fakültələrin sayı artır. Burada gündəlik xərclər kifayət qədər aşağıdır, bu da sizə digər xidmətlərdən yararlanmaq imkanı verir.
Dövlət xətti ilə ÇXR ali məktəblərinə qəbul olunan tələbələr oxuduğu ixtisasdan asılı olaraq 1 və ya 2 il müddətində çin dili üzrə hazırlıq kursu keçirlər və nəticədə yeni dil öyrənmiş olursunuz.
Çində olan əksər əcnəbi tələbələr işləyirlər. Lakin bəzi istisnalar olmaqla, çox vaxt qısa müddət davam edir və ya “birdəfəlik” xarakter daşıyır. Bir qayda olaraq, tələbələr Çin üçün tipik olan teleseriallarda və reklam roliklərində çəkilməklə pul qazanırlar. Belə hallarda aylıq gəlir bir neçə yüz dollarlarla məhdudlaşır.
Çin dünyanın ən güvənli ölkələrindən biridir. Bu da Çində təhsil almağın avantajları arasındadır.
Günel Yaşarqızı