Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-31 14:10:00
Təhsil xərcləri  bir çox  ölkələrlə müqayisədə aşağı olan Avropa dövləti - RUMINİYA 

Paytaxtı Buxarest şəhəri olan Rumıniya həm də Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir. 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Rumıniyada  ilk ali təhsil müəssisəsi  olan Müqəddəs Sava Akademiyası 1964-ci ildə yaradılıb. Ölkədə 100-dən çox universitet mövcuddur. Universitetlərin tədris  dövrləri  ixtisaslara görə dəyişir.  Sosial elmlər, iqtisadiyyat, hüquq, siyasət 4 il, mühəndislik, əczaçılıq,  kənd təsərrüfatı 5il,  tibb, baytarlıq və memarlıq 6 ildir.Rumıniya universitetlərində təhsil almaq üçün hər il minlərlə əcnəbi tələbə gəlir. Son illərdə Rumıniya universitetini    seçən  tələbələrin sayısında  böyük artım olub. 

AzEdu.az Rumıniyada təhsil almağın özəlliklərini təqdim edir:

Rumıniyada universitet xərcləri  bir çox  ölkələrlə müqayisədə   münasibdir. Ölkədə təhsilin səviyyəsi   yüksək və Avropa standartlarına  uyğundur. Əgər dil öyrənmək istəyirsinizsə,  dil kursuna ildə 1,9 min dollar ödəməli olacaqsınız.

Əcnəbi  tələbələr təhsil aldıqları müddət ərzində həftədə 15 saatdan çox olmayaraq və tətil müddətində isə tam iş günü işləmək hüququna malikdirlər.

Şəhərin güvənli və yaşayış səviyyəsinin münasibliyi  əcnəbi tələbələrin də  bu ölkəyə  böyük maraq  göstərməsinə səbəb olub. Əyləncə məkanlarının çoxluğu və ucuzluğu da xarici tələbələrin diqqətini  çəkməkdədir. 

Rumıniyada irayə evlər, ərzaqların ucuz olması burada əcnəbi tələbələrin təhsil almasının avantajlarından sayılır.

Ölkədə təhsil  əsasən  rumın və ingilis dillərindədir. Məzun olan tələbə istədiyi  Avropa  ölkəsində  asanlıqla  işləmək şansına sahibdir.  

Rumıniya Avropa Birliyinə üzv olduğundan universitetlərinin diplomu bütün Avropa ölkələri tərəfindən tanınır.

Gunel Yaşarqızı