
2021-10-26 10:16:00
AzTU-nun gənc tədqiqatçıları Türkiyə universitetlərində təcrübə keçəcəklər
Azərbaycan Texniki Universiteti (AzTU) gənc tədqiqatçı və müəllimlərini təcrübə əldə etmələri və tədqiqat aparmaları məqsədilə Türkiyənin tanınmış universitetlərinə göndərəcək.
AzEdu.az xəbər verir ki, proqramın müddəti 5 ay təşkil edəcək. Proqrama əsasən, bütün zəruri xərclər Azərbaycan Texniki Universiteti tərəfindən qarşılanacaq. Proqram AzTU-nun bütün ixtisas istiqamətləri üzrə 100 nəfəri əhatə edəcək.
Müsabiqəyə Texniki Universitetin 30 yaşa qədər olan II kurs magistrantları, 35 yaşa qədər olan doktorantları müraciət edə bilər. Namizədlərin seçimi iki mərhələdə aparılacaq. İlkin mərhələdən keçən namizədlər müsabiqəyə dəvət olunacaq. Müraciət elektron ərizə sistemi vasitəsilə həyata keçirilir. Müraciətlər noyabrın 10-dək qəbul olunur.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39