
Ankara Universitetinin rektoru Azərbaycan Dövlət İqtisad Universitetində olub.
AzEdu.az xəbər verir ki, bu barədə rektor Ədalət Muradov paylaşım edib.
Rektor görüş zamanı müzakirə edilən mövzulara diqqət çəkib:
“Hörmətli rektor Necdet Ünüvar başda olmaqla Ankara Universitetindən UNEC-ə təşrif buyurmuş nümayəndə heyətilə görüşdük. UNEC-də gördüyümüz işlər haqqında ətraflı məlumat vetdim. Müəllimlərin reyting sistemi və bunun əsasında differensial əmək haqqı sistemi, UNEC müəllimlərinin pedaqoq və müəllim-tədqiqatçı kimi fərqləndirilməsi, tədqiqatçı statusu qazanmış müəllimlərin əmək haqqlarının 50 faiz çox müəyyən edilməsi, elmi fəaliyyətin təşviqi sistemi, o cümlədən Web of Science və Scopusda dərc olunmuş bir məqaləyə görə 4500 manat qonorarın verilməsi kimi UNEC yeniliklərinin Ankara Universitetində də tətbiq ediləcəyini bildirdi”.
Rektor, sonda universitetlərimiz arasında əməkdaşlığa dair yeni saziş imzalandığını bildirib.